A24 Xeber

İsrail prezidenti və Fələstin lideri arasında telefon danışığı olub

İsrail prezidenti və Fələstin lideri arasında telefon danışığı olub
47
04 İyun 2018 - 23:16

 İsrail prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs ayı olan Ramazanın gəlişi münasibəti ilə təbrik edib. Rivlin Abbasa Qəzza zolağında fələstinlilərin ölümü ilə nəticələnən hadisələr fonunda zəng edib.

A24.Az  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinin VAFA agentliyi məlumat yayıb.

“Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bazar günü İsrail prezidenti Reuven Rivlindən telefon zəngi qəbul edib. Söhbət zamanı qarşı tərəf onu Ramazan ayının gəlişi və sağalması münasibəti ilə təbrik edib”, – deyə məlumatda qeyd olunur.

Həmçinin Abbasın Rivlinə zəngə görə təşəkkür etdiyi bildirilir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00