İsrail Qəzzanı yenidən bombalayır - Hərbçiləri yaralanıb

İsrail Qəzzanı yenidən bombalayır – Hərbçiləri yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən Qəzza zolağına zərbələr endirməyə başlayıb.

“A24.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilir.

Tərəflərin Misirin vasitəçiliyi ilə atəşkəsə hazır olması barədə bəyanatlarına baxmayaraq, qarşılıqlı raket zərbələrinin davam etdirildiyi bildirilir.

Bundan bir neçə saat əvvəl  İsrail aviasiyası HƏMAS və “İslam cihadı” hərəkatlarının Qəzzadakı mövqelərinə 35 zərbə endirib.

Son dörd ilin ən irimiqyaslı konfrontasiyası nəticəsində hələlik ölən yoxdur. İsrail hərbçilərindən 3-ü yaralanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar