İsrail təhdid etdi: Müharibəyə gedirik

İsrail təhdid etdi: Müharibəyə gedirik
Want create site? Find Free WordPress Themes and plugins.

İsraildə adını çəkilməsini istəməyən yüksək rütbəli hərbi nümayəndəsi, baş verən proseslərin Qəzzaya qarşı sürətlə müharibəyə getdiyini göstərdiyini söylədi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Yedioth Ahronoth qəzetinə danışan adını vermək istəməyən yüksək rütbəli hərbçi, proseslərin Qəzzaya qarşı sürətlə müharibəyə sürükləndiyini göstərdiyini söyləyib. Həmasın müqavilədən uzaqlaşdığı və müharibəyə yaxınlaşdığını önə sürən hərbçi, İsrail ordusunun geniş hərbi əməliyyat vəziyyətində daha çox birliyini Qəzzaya yönəldəcəyini bildirib.

Belə bir vəziyyətdə Qəzza zolağına yaxın ərazilərdə yəhudi yaşayış məntəqələrinin də azad ediləcəyini dilə gətirən İsrailli hərbçi, əllərində Qəzzada vurulacaq olduqca çox hədəfin olduğunu qeyd edib.

Orxan Aslanlı // A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar