A24 Xeber

İsrail və ABŞ Qüdsdə səfirlik açılmasını qeyd edir: Xarici səfirlərin çoxu tədbirə gəlmədi

İsrail və ABŞ Qüdsdə səfirlik açılmasını qeyd edir: Xarici səfirlərin çoxu tədbirə gəlmədi
57
14 May 2018 - 15:19

İsrailin ABŞ səfirliyini Qüdsə köçməsi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində İsrail Baş Naziri Binyamin Netanyahunun verəcəyi dəvətə bir çox xarici ölkə səfirinin qatılmayacağı öyrənilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istiqamətində verdiyi qərar və alınan bu qərar üzərinə Təl-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürülməsi başda Fələstinlilər olmaqla dünya ictimaiyyəti tərəfindən tərəfindən narazılıqla qarşılanmışdı. Səfirliyin köçməsi ilə bağlı keçirilən mərasimlərə isə dəvət olunan səfirlərin əksəriyyətinin qatılmayacağı öyrənilib. Qüdsə köçmək qərarı alınan ABŞ səfirliyin açılış mərasimlərinə isə İsraildə diplomatik nümayəndəliyi olan 86 ölkənin hamısının dəvət edildiyi, ancaq bunlardan yalnız 33 ölkənin tədbirdə iştirak edəcəyi ilə bağlı dəvəti qəbul etdiyi bildirilir. İsrail işğalı altındakı Qərbi İordan və Qəzza Zolağında Fələstin xalqının reaksiyasını artırmasından qorxduğu və İsrailin bu regionlarda hərbi varlığını gücləndirdiyi öyrənilib.

Bu gün ABŞ adına Xəzinə naziri Stiven Mnuchin, Trampın qız Ivanka və kürəkəni Jared Kushnerin iştirak etdiyi bir yığıncaqda danışan Netanyahu, “Səfirliyinizi Qüdsə köçürün, bu sülhü dəstəkləyir. Çünki bir yalan üzərində sülh qurula bilməz”, ifadələri ilə digər ölkələrin də ABŞ-ın getdiyi yolla getməsini istəyib. Netanyahu bundan başqa “Nə cür olursa olsun, ağla gələ biləcək hər bir sülh müqaviləsi altında Qüds İsrailin paytaxtı olacaqdır”, – deyə bildirib.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00