A24 Xeber

İsraildə böyük qalmaqal – Ordusu dağılır

İsraildə böyük qalmaqal – Ordusu dağılır
137
01 Avqust 2018 - 12:47

İsraildə dövlətə sədaqətlə xidmət göstərən və əsgərlik edən nadir azlıqlardan olan “Dürzilər” “Yəhudi Milli Dövlət Qanununa” etiraz etmək üçün ordudan istefa etməyə başlayıb.

“A24.az” xəbər verir ki, bu barədə İsrailin “Haaretz” dərc etdiyi yazıda bildirib.

İsrailli Dürzi komandiri Amir Camal “Yəhudi Milli Dövlət Qanunu”na etiraz etmək üçün artıq İsrail ordusuna xidmət etməyəcəyini bildirib, hətta bununla bağlı “facebook”dan Baş nazir Binyamin Netanyahuya açıq şəkildə məktub yazaraq istefasını elan edib:

“Bu səhər durdum, qərargaha getmək üçün hazırlaşırdım ki, öz-özümə sual verdim: “İsrail dövlətinə niyə xidmət edim? Atam, iki qardaşım və mən özümüzü fəda edərək vətən sevgisiylə xidmət etdik, nəticədə nə əldə etdik? İkinci dərəcəli vətəndaşlıq… Netanyahu, sənin və hökumətinin bu qərarından sonra artıq bu ölkəyə xidmət etmək istəmirəm və əminəm ki, daha yüzlərlə əsgər xidmət etməkdən imtina edəcək və ordunu tərk edəcək”, deyən komandir Camal belə bir çağırış edib, lakin daha sonra mesaj silinib.

Dürzinin bu hərəkətinə reaksiya verən İsrailin Baş Qərargah rəisi Gadi Eisenkot əsgərlərin siyasi məsələləri orduyla qarışdırmamalarını məsləhət bilib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00