A24 Xeber

İsraildə yapon baş nazirə hörmətsizlik – FOTO

İsraildə yapon baş nazirə hörmətsizlik – FOTO
60
08 May 2018 - 8:58

İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahında təşkil olunan qəbul zamanı baş aşpazın səhvi ucbatından Yaponiyanın baş naziri Sindzo Abe naqaloy vəziyyətə düşüb.  

“A24.az” xəbər verir ki, bu barədə “Newsruco.il” məlumat yayıb.

Məlumata görə, İsrail baş nazirinin baş aşpazı Seqev Moşe qonaqlara deserti adi qab əvəzinə ayaqqabı şəklində olan dəmir qabın içində təqdim edib.

Yaponiyada ayaqqabının qonağa nümayiş olunması təhqir hesab olunur. Yaponlar ümumiyyətlə ayaqqabı ilə nə evə, nə də iş yerinə daxil olmurlar.

Qalmaqalın yapon mediasında böyüməsindən sonra diplomatik korpusun nümayəndəsi həmin situasiyanı dindar yəhudiyə donuz formalı qabda şokolad təqdim etməklə müqayisə edib.

Netanyahu administrasiyası xoşagəlməz insidentlə bağlı mətbuata açıqlama verib.

“Biz yapon qonaqlarımıza hörmət edir və onları yüksək qiymətləndiririk. Süfrəyə hansı yeməklərin gətiriləcəyinə biz qərar vermirik. Söhbət aşpazın yaradıcı təşəbbüsündən gedir”, – deyə İsrail hökumətinin bəyanatında deyilir.

Oxu.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00