İsraildən açıqlama: "Erməni soyqırımı"nı seçkilərdən sonra qəbul edəcəyik

İsraildən açıqlama: “Erməni soyqırımı”nı seçkilərdən sonra qəbul edəcəyik
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail 1915-ci il hadisələri ilə bağlı açıqlama verib.

“A24.az” “timeturk.com”a istinadən xəbər verir ki, İsrail parlamenti qanun layihəsini Türkiyədəki seçkilərdən sonra gündəmə gətirəcəklərini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, İsrailin tarixi hadisəni siyasi maraqları üçün istifadə etdiyinin sübutu olaraq verdiyi açıqlamasında bu ifadələr yer alır:

“Baş nazir Binyamin Netanyahu erməni soyqırımının tanınması ilə bağlı İsrail parlamentində səsə qoyulacaq qanun layihəsinin, Ərdoğana seçkilərdən üstünlük qazandıra biləcək səbəbiylə iyulun 24-dən sonraya salınmasıyla bağlı Xarici İşlər Nazirliyinin təklifini qəbul etdi”.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyənin Məscidi-Əqsayla bağlı qanunsuzluq və məhdudiyyətlərə ən sərt reaksiya verən ölkə olaraq irəli çıxması İsrail siyasətində və mediasında çağırışlar edilmişdi. Həmin çağırışlar “azad kürd dövlətini dəstəkləmək və erməni iddialarını tanımaq”dan ibarət idi.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar