A24 Xeber

İsraildən fələstinlilərə qarşı növbəti addım

İsraildən fələstinlilərə qarşı növbəti addım
33
27 May 2018 - 15:49

İsrail ordusunun əməliyyatları ilə bağlı çəkilişlər aparılmasının cinayət hesab olunmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.

A24.Az xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi layihənin İsrail parlamentinə təqdim olunduğunu açıqlayıb. Birliyin sözçüsü Ömər Nezzal rəsmi Tel-Avivin bununla İsrail ordusunun fələstinlilərə qarşı tətbiq etdiyi zorakılığın dünya mediasına ötürülməsinin qarşısını almağa çalışdığını bildirib.

Ö.Nezzal qanun layihəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcəklərini deyib.

Qeyd edək ki, ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsindən sonra fələstinlilərlə İsrail ordusu arasında qanlı qarşıdurmalar yaşanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00