A24 Xeber

İsraildən Türkiyəyə daha bir qadağa: 93 vətəndaşını ölkəyə buraxmadı

İsraildən Türkiyəyə daha bir qadağa: 93 vətəndaşını ölkəyə buraxmadı
23
01 Avqust 2018 - 12:16

Qüdsü ziyarət etmək məqsədilə getdikləri Təl-Əvivdəki Mən Gurion aeroportunda “vizaları olmadığı iddiasıyla” 93 türk vətəndaşının Fələstin torpaqlarına girişinə icazə verilməyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, pasportları yoxlanılmadan hava limanında toplanan sərnişinlər saatlarla dar bir otaqda ac və susuz saxlanıldıqdan sonra Türkiyəyə geri göndəriliblər.

Özəl səyahət şirkətinin rəsmi nümayəndəsi telefonla etdiyi açıqlamada, dünən səhər İstanbuldan Təl-Əvivə yerli vaxtla səhər 09.30-da gələn ziyarətçi qrupun, hava limanında viza yoxlanışından sonra İsrailə girişinə icazə verilmədiyini bildirib. Qüdsə getmələri əngəllənən müsəlmanlar Türkiyəyə qayıdıblar. “Mən Gurion” hava limanında saxlanılan türk sərnişinlərin, İsrailə vizasız gəldiyi iddiasını rədd edən səyahət şirkətinin rəsmi nümayəndəsi, əvvəlki Qüds turlarında olduğu kimi qrupda olan insanlar üçün İsrail Konsulluğundan kütləvi viza aldıqlarını dilə gətirib. Viza olmadan Türkiyədən ayrılmasının mümkün olmadığını qeyd edən şirkət nümayəndəsi “Qüdsə turist gətirən tur firmaları üçün İsrail hər sərnişinə ayrı-ayrılıqda viza vermir. Konsulluğun verdiyi viza yerinə keçən sənəd bütün sərnişinlər üçün viza yerinə keçir. Biz də Qüds turunda iştirak edən sərnişinlərimiz üçün İvrit dilində viza yazısını almışdıq, ancaq buraya gələndə vizaları olmadığı iddiası ilə 93 sərnişinmizin İsrailə girişinə icazə verilmədi” deyə danışıb. İsrail polisi tərəfindən Qüdsə buraxılmayan sərnişinlərdən olan 23 yaşlı magistratura tələbəsi Hümeyra Hacıibrahimoğlu, pasport nəzarət məntəqəsinə girəndə, pasportlarının 1-2 dəqiqə içərisində nəzarət belə edilmədən toplandığını deyib. Hacıibrahimoğlu, İsrail polisinin qrupu ofis kimi bir yerə topladığını bildirərək, “Daha sonra dar bir otağa getdik. O otaqda saatlarla qaldıq, ac və susuz olmuşuq. Bizə heç bir açıqlama vermədilər, “Biz icazə versək keçəcəksiniz, icazə verməsək keçməyəcəksiniz” ələ salırmışlar kimi danışdılar. Həqiqətən bu bizi psixoloji olaraq çox zəiflətdi”, – deyə o bildirdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00