A24 Xeber

İsrailə daha bir zərbə: Fələstin bu təşkilata üzv oldu

İsrailə daha bir zərbə: Fələstin bu təşkilata üzv oldu
43
23 May 2018 - 15:42

Fələstin Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv qəbul olunub.

A24.Az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, Fələstin üzvlük üçün lazım olan bütün sənədləri BMT-nin Baş Assambleyasına təqdim edib.

Açıqlamada üzvlüyün 16 iyundan etibarən qüvvəyə minəcəyi bildirilib.

Qeyd edək ki, Cənubi Sudan, Misir, İsrail və Şimali Koreya hələlik bu təşkilata üzv olmayan ölkələrdir.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00