A24 Xeber

İsrailli nazir ərəblərə zərbə vurmaq üçün çağırış etdi

İsrailli nazir ərəblərə zərbə vurmaq üçün çağırış etdi
559
14 Mart 2017 - 13:14

İsrailin işğal etdiyi torpaqlarda yaşayan fələstinlilər üçün qalmaqallı çağırış edilib. İsrailin ifrat sağçı mövqeyə malik müdafiə naziri Aviqdor Liberman deyib: “Fələstin-İsrail probleminin həlli üçün İsrail vətəndaşı olan ərəbləri vətəndaşlıqdan çıxararaq Qərbi Şəriəyə göndərək”.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Liberman Fələstin-İsrail problemilə bağlı hər zaman olduğu kimi bu dəfə də sərt fikirlər səsləndirərək deyib: “Fələstin-İsrail probleminin həlli üçün İsrail vətəndaşı olan ərəbləri vətəndaşlıqdan çıxararaq Qərbi Şəriəyə göndərək. Bu iki ölkənin məsələlərinin həllində keçmişdə baş verənlərdən ibrət almalıyıq. Torpaq qarşılığında sülh prinsipinə əsaslanan səylər uğursuzluqla nəticələnəcək. Bu məsələdə ciddi həll yolu, torpaq qarşılığında əhalinin sayında mübadilə həyata keçirməkdir”.

Fələstinlilər İsraillə aparılan sülh danışıqları çərçivəsində 1967-ci ildə müəyyən edilən, paytaxtı Şərqi Qüds olan, yəhudi məskənlərilə orada məskunlaşanların olmadığı Fələstin dövlətinin qurulmasını tələb edirlər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00