İsrailli nazirdən BMT-yə SƏRT SÖZLƏR

İsrailli nazirdən BMT-yə SƏRT SÖZLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

İsrail Dövlət Təhlükəsizlik Naziri Gilad Erdan “Həmas”ın xarici bürosu kimi qiymətləndirdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza məsələsindəki mövqeyini sərt sözlərlə tənqid edib.

A24.Az xəbər veirr ki, “Yerusəlim Post”un bildirdiyinə görə, İsrail Silahlı Qüvvələrinin radiosuna danışan Erdan “İsrail BMT ilə əməkdaşlıq etməməlidir. Düşmən mövqe içərisindədir, Həmasın xarici bürosu halına gəldilər” ifadələrini işlədib. Xatırladaq ki, İsrail əsgərləri Qəzza sərhədində hərəkət edən Fələstinlilərə sərt müdaxilə etmişdi. Əsl mərmilərin də istifadə edildiyi müdaxildə ümumilikdə 17 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanmışdı. BMGK, Qəzzada İsrail əsgərlərinin müdaxiləsindən sonra Küveytin tələbi ilə qapalı iclas keçirmişdi. İsrail əsgərlərinin təcavüzünün pislənməsi təklifi, ABŞ-ın vetosu səbəbindən konsensus olmaması ilə rədd edilmişdi.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar