İşsizlikdən sığorta haqqını ödəməyənlər cəzalandırılacaq

İşsizlikdən sığorta haqqını ödəməyənlər cəzalandırılacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda işsizlikdən sığorta haqqını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq. 

A24.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb.

Bundan sonra xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar