İstanbula konsertə gələn Şakiranın tələbləriSİYAHI

İstanbula konsertə gələn Şakiranın tələbləri – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

11 iyulda İstanbulda pərəstişkarlarının görüşünə gələn dünyaca məşhur ulduz Şakira kulisi üçün tələb etdiyi yemək və içkilərin siyahı təəccübləndirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 6-cı “EL Dorado” dünya turu çərçivəsində İstanbula gələn Şakirə iyulun 11-i axşam konsert proqramıyla pərəstişkarlarının qarşısına çıxacaq.

Müğənni 5 yaşlı Milan və 3 yaşlı Saşa ilə birlikdə gəlir. Şakira kulisi üçün gümüş qaşıq, çəngəl dəsti, antep fındığı, təzə meyvə, şokolad, çərəz və sağlam qəyanaltı istəyib.

Bundan başqa dilimlənmiş qarpız, tumsuz üzüm, ananas, banan, manqo, avokado, alma, çiy brokoli, kök və kərəvüz saplağı, buzlu badam, qoz və humus da istəyib.  Bütün bu sağlam qidaların yanında həm kulisində, həm də qalacağı otaqda mütləq şəkildə olmasını tələb etdiyi şey isə şokoladdır. Özü üçün 70 faizli tünd şokolad sifariş verən məşhur ulduz, uşaqları üçün çiyələkli, portaqallı və dəniz duzu ətirli şokolad istəyib.

İçkilərin siyahısında isə su və soda xaric, yaşıl tərəvəz suyu, Hindistan qozunun suyu və qəhvə içmək istəyən dünya ulduzu içkilərin də yanında gümüş qaşıq və çəngəlin olmasını  xahiş edib.

Kulisvə oteldəki otağında olan bütün mebel və yataq dəstlərinin ağ rəngdə olmasını istəyən Şakira üçün hazırlıqlar artıq çoxdan başlayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar