A24 Xeber

İstanbulda İŞİD əməliyyatı: 7 nəfər tutuldu

İstanbulda İŞİD əməliyyatı: 7 nəfər tutuldu
14
11 Sentyabr 2018 - 12:49

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 nəfər saxlanılıb.

A24.Az Türk mediasına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə İdarəsinin bölmələri, İŞİD-in cinayət işlərində həbs olunan şəxslərin ailələrinə yardım edən, həbsxanadan çıxan şübhəlilərin münaqişə bölgələrinə keçidini təmin etmək üçün saxta kimlik təmin etməyə çalışan və Sultanbəyli-də rəsmi olmayan məscidlərdə maddi yardım topladıqları iddia edilən şəxslərə qarşı əməliyyat keçirib.

Şübhəlilərin yaxalanmamaq üçün tez-tez mobil telefon nömrəsi dəyişdirdiyi və polis dəstələri təqibinin mümkün olmadığı internet əsaslı yalanlar üzərindən əlaqə qurduqları müəyyən edilib.

İstanbul Polis İdarəsi Terrorla Mübarizə İdarəsinin bölmələri səhər saatlarında keçirdiyi əməliyyatla 7 nəfəri yaxalayıb.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00