A24 Xeber

İstanbulda Osmanlı tarixi belə məhv edilir – FOTOLAR

İstanbulda Osmanlı tarixi belə məhv edilir – FOTOLAR
692
07 Mart 2017 - 19:04

Bu il Osmanlı imperiyasının İstanbulu (Konstantipol) fəth etməsinin 564 il ötür.

A24.Az xəbər verir ki, hər küncündə əcdadlarının izlərini daşıyan bu şəhərin bəlkə də ən gizli və hüznlü nöqtəsi miras qalan həmin əcdadların məzarlarıdır. İstanbulun hələ də bir çox qəbiristanlığında Osmanlı dönəmindən qalan qəbirlərə rast gəlmək mümkündür, ancaq onların mühim bir hissəsi yavaş-yavaş tarixin tozlu səhifələrinə qarışmaq üzrədir.

“Tarixin tozlu səhifələrinə qarışan” qisminin necə göz görə-görə və hörmətsizcə gözardı edildiyi aşağıdakı fotolarda aydın əks olunub. 10 min illik İstanbulda insanların ayağına ilişən və ya divarına söykənib saatlarla söhbət etdikləri o daşlar sadəcə bir “daş” deyil. İnsanların daşlaşmış yaddaşlarının tarixdəki izləridir:

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00