A24 Xeber

İstanbulda xəstəxanada yanğın – FOTOLAR – YENİLƏNİB

İstanbulda xəstəxanada yanğın – FOTOLAR – YENİLƏNİB
69
05 Aprel 2018 - 19:56

 İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb. 

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə Gaziosmanpaşa rayon bələdiyyəsinin sədri Hasan Tahsin Usta məlumat verib.

Onun sözlərinə görə, yanğın tamamilə lokallaşdırılıb, xəstəxananın Reanimasiya şöbəsində müalicə olunan xəstələr də təxliyyə edilib.


*** 18:45

Türkiyənin İstanbul şəhərində xəstəxanada güclü yanğın başlayıb. 

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Gaziosmanpaşa rayonundakı Taksim İlk Yardım Xəstəxanasında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananaın Reanimasiya şöbəsindən başqa bütün tibbi personal və xəstələrin təxliyyə edildiyi bildirilir.

Yanğın səbəbi hələlik məlum deyil.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00