İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib - FOTO

İstanbulda Xocalıya Ədalət Həftəsi keçirilib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) Türkiyənin İstanbul şəhərində “Xocalıya Ədalət” həftəsi keçirib. Bu barədə A24.Az-a məlumat verən birliyin sədri Fərid Şahbazlının sözlərinə görə, İGİB artıq beş ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qoşularaq İstanbulda anma tədbirləri həyata keçirir:

“Xocalıya Ədalət” həftəsinin keçirilməsində məqsəd Xocalı soyqrımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qardaş ölkə ictimaiyyətinin diqqət mərkəzinə gətirməkdir. F.Şahbazlı qeyd edib ki, həftəlik çərçivəsində Marmara, Yeni Yüzyıl, İstanbul Mədəniyyət Universitetlərində anma proqramları təşkil edilib.

İstanbulda reallaşdırılan “Xocalıya Ədalət” həftəsində Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub. Milli Məclisin deputatları Elşən Musayev, Eldəniz Səlimov, Əməkdar artist Aybəniz Haşımova, QHT rəhbərləri Fəxrəddin Həsənzadə, Əhməd Şahidov universitetlərdə təşkil edilən konfranslarda çıxış edərək, Xocalı soyqrımının acı nəticələri və erməni vəhşiliyindən söz açıblar.

“Xocalıya Ədalət” həftəliyində Türkiyə tərəfindən Marmara Universitetinin prorektoru Receb Bozlağan, Yeni YüzYıl Universitetinin rektoru Yaşar Hacısalihoğlu, Mədəniyyət Universitetinin prorektoru Ahmet Cihan, NTV televiziyasının Xarici xəbərlər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, İGİB sədrinin müşaviri İsmayıl Hakkı Şener ve digər şəxslər çıxışlar edərək, Azərbaycan xalqının kədərini bölüşdüklərini, Xocalı soyqrımına dünya səviyyəsində hüquqi və siyasi qiymət verilməsi üçün bundan sonra da dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər.

Həftəlik çərçivəsində keçirilən tədbirlərdə Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər” qrupunun üzvləri tərəfindən vətənpərvərlik ruhunda musiqi kompazisiyaları təqdim edilib.

Həftəlik çərçivəsində təşkil edilən tədbirlər Türkiyənin TRT Haber və NTV televiziyaları tərəfindən işıqlandırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar