İstifadəçilərin illərdir gözlədiyi xəbər -  "WhatsApp" bu yeniliyi etdi

İstifadəçilərin illərdir gözlədiyi xəbər – “WhatsApp” bu yeniliyi etdi
Want create site? Find Free WordPress Themes and plugins.

İllərdir “WhatsApp” istifadəçiləri bu xəbəri gözləyirlər. Yaxında WhatsApp istifadəçilərinin sadəcə 5 dəqiqə vaxtı olacaq. Bəs bunun səbəbi nədir?

A24.Az xəbər verir ki, “Whatsapp” sosial şəbəkəsində bir-birinizə göndərdiyiniz mesajlardan peşmanmı oldunuz? Mesajı silməkmi istəyirsiniz? Artıq belə bir probleminiz qalmayacaq. “WhatsApp” -da  yaranan yeni funksiya sizin mesajlarınızı geri qaytara biləcəyinizə şərait yaradacaq. “Geri qaytar” funksiyası sayəsində mesajlarınızı geri qaytara biləcəksniz.

Ancaq bu funksiyanın bir problemi vardır ki, bu da zamandır, yəni siz sadəcə 5 dəqiqə ərzində mesajınızı geri qaytara bilərsiniz. Əks təqdirdə bu mümkün olmayacaq. Mesajınızı geri qaytardığınız haqqında məlumatı isə “mesaj geri qaytarıldı” ibarəsini gördüyünüzdə biləcəksiniz. Bu funksiyanı işə salmaq üçün isə Android-də mesajın üzərinə toxunub basılı saxlayın və geri qaytar funksiyası çıxacaq. İPhone və Windows Phone telefonlarında da funksiya bu cür işə salınacaq.

Bu funksiyanın sayəsində sizin mesajlarınız uğurlu bir şəkildə geri qaytarılacaq. Eyni zamanda qarşı tərəfin də mesajı geri qaytardığı haqqında göstərici sizə gələcək. “Geri qaytar” funksiyasının həyata keçməsi üçün hər iki tərəf Android, iPhone və ya Windows Phone istifadəçiləri ən son “WhatsApp” versiyasından istifadə etməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar