A24 Xeber

İstirahətə getmək üçün çətənə əkdi, polis yaxaladı

İstirahətə getmək üçün çətənə əkdi, polis yaxaladı
62
07 İyun 2018 - 10:42
Bakının 2 rayonunda vətəndaşların həyətindən çətənə kolları tapılıb.

A24.Az-ın xəbərinə görə, Xəzər və Sabunçu rayonlarında ümumilikdə 23 ədəd çətənə kolu müsadirə edilib. Belə ki, Xəzər rayonunun Zirə qəsəbəsində Zaur Əliyevin həyətindən 12 ədəd çətənə kolu aktlaşdırılaraq götürülüb. Saxlanılan  Z.Əliyev ilkin ifadəsi zamanı çətənə kollarını satmaq üçün əkdiyini etiraf edib.

Digər oxşar fakt isə Sabunçu rayonunda qeydə alınıb. Nardaran qəsəbə sakini olan Möhsüm Quliyevdə satmaq məqsədi ilə 11 ədəd çətənə kolu əkib. Ancaq məhsul bar verənə yaxın polis əməkdaşları M. Quliyevin başının üstünü kəsdiriblər. Saxlanılan Quliyev narkotik vasitələrin satışından əldə etdiyi gəlirlə dincəlməyə getməyi planlaşdırırmış.

Hər iki faktla bağlı rayon polis idarələrində cinayət məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanıb.(olke.az)
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00