A24 Xeber

İsveçdən erməniləri məyus edəcək “soyqırım” açıqlaması

İsveçdən erməniləri məyus edəcək “soyqırım” açıqlaması
64
08 İyun 2018 - 16:43

İsveç xarici işlər naziri Marqot Vallström 1915-ci il hadisələri ilə bağlı “erməni və süryanilərin soyqırımı” iddialarını hal-hazırda qəbul edə bilməyəcəklərini deyib.

“A24.az” “timeturk.com”a istinadən xəbər verir ki, isveçli nazir bu barədə SVT televiziya kanalında sualları cavablandırarkən bildirib.

Nazir “İsveç hökuməti 1915-ci il erməni və suriyalıların soyqırımı iddialarını qəbul edəcəkmi?” sualına “1915-ci illə bağlı erməni və süryanilərin soyqırımı iddialarını hal-hazırda qəbul edə bilmərik. Bu vacib və müzakirə olunacaq bir məsələdir”, – deyə cavab verib.

Məsələ ilə bağlı müzakirələr aparmağa və araşdırmaları davam etdirəcəklərini söyləyən Vallströn “Gələcəkdə baş verənləri soyqırım olaraq tanımağı rədd etməmişik. Sadəcə hazırda mümkün deyil. Bu məsələ ilə əlaqədar edə biləcəyimiz və ya müzakirəyə qoyulacaq çox şey var” deyə çıxış edib.

Qeyd edək ki, İsveçin baş naziri Stefan Löfven mayın 1-də SVT kanalında verdiyi açıqlamada İsveç hökumətinin 1915-ci il hadisələri ilə bağlı “soyqırım” iddialarını qəbul edəcəyini söyləmişdi.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00