İt uşağın başını qoparacaqdı - Şəkidə şok hadisə - VİDEO

İt uşağın başını qoparacaqdı – Şəkidə şok hadisə – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Şəkinin Baş Göynük kəndində dəhşətli hadisə baş verib. Həyətə soxulan it bir uşağın başını dişləyib və qoparmaq istəyib. Səsə gələn qadınlardan biriəlini itin ağzına salaraq uşağı xilas edib. Məlum olub ki, həmin kənddə bir gündə 7 nəfəri it dişləyib.

İt həyətə soxulub uşağın başını dişləyərək qoparmaq istəyib. Dəhşətli hadisə Şəkidə baş verib.

Rayonun Baş Göynük kənd sakini Günel Abdullayeva deyir ki, ötən gün uşaqlar həyətdə oynayarkən bir it həyətə daxil olub. Heyvan uşaqları görən kimi onların üstünə cumub.

Heyvan əvvəlcə, 4 yaşlı Aynur Abdullayevanı dişləmək istəyib. Səsə gələn ailə üzvləri Aynuru qoruduqda isə it bu dəfə 6 yaşlı Nardanə Abdullayevanın başından tutub. Bu zaman Günel Abdullayeva əlini itin ağzına salıb.

Beləliklə, itin azyaşlını parçalamasının qarşısı alınıb. Gözü dönmüş heyvan həyətdən uzaqlaşıb.

Məlum olub ki, iyunun 20-i günorta saat 12 radələrindən başlayaraq axşam saat 19:30 radələrinə kimi Baş Göynük kənd sakinlərindən 7 nəfər itdişləmə diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 3-ü azyaşlıdır.

Həmin şəxslər evə buraxılsalar da, nəzarətdə saxlanılırlar. Xəstəxanaya müraciət edənlərin hamısını eyni itin dişləyib-dişləmədiyi isə bilinmir. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar