İtaliya baş nazirinin müavini Makrona həyasız dedi

İtaliya baş nazirinin müavini Makrona həyasız dedi
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, o, Emmanuel Makronu həyasızlıqda ittiham edib.

Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, “İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır”.

Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.

“Əgər bu, həyasız prezident Markon üçün problem deyilsə, biz onu təhqirləri dayandırmağa və alicənablığını çoxlu sayda Fransa limanlarını açaraq faktlarla göstərməyə dəvət edirik”,— deyə siyasətçi bildirib.

Həmçinin Salvini Makronu Fransaya miqrant axınının keçdiyi Ventimilyedə qadın, uşaq və kişilərdən imtinaya son qoymağa çağırıb.

Baş nazir müavininin sözlərinə görə, əgər Fransa İtaliyanı bütün Avropa üçün qaçqın düşərgəsinə çevirmək istəyirsə, tamamilə yanılır.

Salvininin mövqeyini ölkənin baş nazirinin ikinci müavini Luici Di Mayo da dəstəkləyib. O qeyd edib ki, İtaliyada hazırda miqrasiya ilə bağlı fövqəladə vəziyyət yaranıb və Fransa da bu vəziyyəti yaradanlardan biridir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar