İtaliya lideri İlham Əliyevə məktub göndərib

İtaliya lideri İlham Əliyevə məktub göndərib
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliya prezidenti Sergio Mattarella Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

A24.Az xəbər verir ki,  təbrikdə deyilir:

“Cənab Prezident.

Milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə İtaliya xalqı adından və şəxsən öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.

Ölkələrimiz uzun müddətdir ki, xalqlarımızın möhkəm və sarsılmaz dostluq əlaqələrinə söykənən, istər rəsmi, istərsə də vətəndaş cəmiyyətləri səviyyəsində mövcud olan məhsuldar əməkdaşlıq yolu ilə irəliləməkdədir.

Arzu edirəm ki, bu əməkdaşlıq qarşıdan gələn illərdə daha da güclənsin.

Əminəm ki, rəsmi Bakı və Roma regionun digər ölkələri ilə birgə, sülh şəraitində birgəyaşayış dəyərlərinə hörmətlə, bölgədə sabitliyin və sülhün təmin edilməsi məqsədilə konstruktiv fəaliyyət göstərəcək.

Bu arzularla və Sizinlə tezliklə Bakıda görüşmək ümidi ilə Sizə və Azərbaycan xalqına rifah diləyir, bir daha təbriklərimi çatdırıram”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar