A24 Xeber

İtaliya prezideni Sumqayıta getdi

İtaliya prezideni Sumqayıta getdi
32
18 İyul 2018 - 14:58

Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

“A24.az”ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və prezident Sercio Mattarella tədbirdə çıxış ediblər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00