İtaliyada qeyri-adi oğurluq: meydana qaz bombası atıb mağazanı soydular - VİDEO

İtaliyada qeyri-adi oğurluq: meydana qaz bombası atıb mağazanı soydular – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın Venedik şəhərində oğrular qaz bombası ataraq qızıl mağazasını oğurlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İtaliyanın məşhur şəhərlərindən biri olan Venedikdə qeyri-adi oğurluq hadisəsi baş verib. Şəhərin ən böyük meydanlarından biri olan St. Marks meydanına gələn oğrular iki qaz bombası ataraq oranı toz-dumana bürüyüblər. Oğruların dumandan faydalanaraq meydanda yerləşən qızıl mağazasını hədəfə aldıqları bildirilib.

Hadisə zamanı yanğın və ya terror aktı olduğunu ehtimal edən insanlar və turistlər meydanda həyəcan yaşayıb. Oğruların hadisədən sonra kütlə arasına qarışaraq izlərini itirdikləri deyilir.

“A24.az” İtaliyada yaşanan qeyri-adi oğruluq hadisəsinin videogörüntülərini təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar