İtaliyanın məşhur balet truppası ilk dəfə Bakıda

İtaliyanın məşhur balet truppası ilk dəfə Bakıda
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın məşhur “Spellbound Contemporary Ballet” balet truppası ilk dəfə Bakıda çıxış edəcək.

A24.Az “Report”a istinadən xəbər verir ki, aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında onların “Spellbound ilə bir axşam” adlı proqramı təqdim olunacaq.

Qeyd edək ki, İtaliyanın bu balet truppası 1994-cü ildə dövrümüzün ən məşhur italyan xoreoqraflarından olan Mauro Astolfi tərəfindən yaradılıb. “Spellbound Contemporary Ballet” klassik balet və müasir rəqs arasında olan üslubuyla tanınır.

“Spellbound” müntəzəm olaraq böyük milli və beynəlxalq festivallarda, o cümlədən Venesiya biennalesində iştirak edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar