A24 Xeber

İTV-nin baş direktoru olmaq istəyənlər – SİYAHI

İTV-nin baş direktoru olmaq istəyənlər – SİYAHI
53
30 May 2018 - 13:12

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

“A24.az” bildirir ki, Milli Televiziya və Radio Şurasından (MTRŞ) verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib:

Soyadı, adı, atasının adıHal-hazırda işlədiyi müəssisə
1Abbasov Rauf Müzəffər oğluGəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2Abbasov Səbuhi Mübariz oğlu7news.az saytı, baş redaktor
3Mehrəliyeva Şəfəq Akif qızıADA Universiteti, aparat rəhbəri

4Mehtiyeva Rahilə İbrahim qızıElit informasiya agentliyi, MMC

baş direktor

5Xəlilova Qərənfil Əli qızıHal-hazırda işsizdir
6Qarayev Sadıq Qurban oğluAMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7Qasımov Balakişi Ələkbər oğluİctimai Televiziya və Radio Yayımları

Şirkəti,baş direktorun müavini

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00