A24 Xeber

İyun ayından səudiyyəli qadınlar avtomobil sürə biləcək

İyun ayından səudiyyəli qadınlar avtomobil sürə biləcək
39
09 May 2018 - 8:28

Səudiyyə Ərəbistanında qadınlar 24 iyundan avtomobil idarə edə biləcəklər.

“A24.az”ın məlumatına görə, bu barədə yol hərəkəti baş idarəsinin rəhbəri Məhəmməd bin Abdulla əl-Basami adından yayılan məlumatda bildirilir.

Məlumatda deyilir: “Krallıqda qadınların avtomobil idarə edə bilməsi üçün bütün zəruri hazırlıqlar iyunun 24-dək bitəcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı ötən ilin sentyabr ayında qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00