A24 Xeber

Kabildə partlayış nəticəsində 9 jurnalist ölüb

Kabildə partlayış nəticəsində 9 jurnalist ölüb
39
30 Aprel 2018 - 18:00

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verən iki partlayış zamanı ölən 29 nəfərdən 9-u kütləvi informasiya vasitələrinin əməkdaşlarıdır.

A24.Az xəbər verir ki, hücum nəticəsində “TOLOnews” telekanalının operatoru, 1TV telekanalının jurnalisti və operatoru, “Mashal TV” telekanalının iki əməkdaşı, və “Azadi Radio”nun (“Azad Avropa Radiosu/Azadlıq Radiosu”nun Əfqanıstan filialı – red.) üç jurnalisti, eləcə də “Agence France-Presse”in Əfqanıstan paytaxtındakı fotobürosuna rəhbərlik edən fotomüxbir Şah Marai həlak olub.

Qeyd edək ki, hücum xarici ölkələrin nümayəndəliklərinin, eləcə də Əfqanıstanın Kəşfiyyat Agentliyinin yerləşdiyi bölgədə həyata keçirilib. İlk partlayış yerli vaxtla səhər saat 8 (Bakı vaxtı ilə 07:30) radələrində baş verib. Partlayışı motosikletdəki terroçu-kamikadze həyata keçirib.

İkinci partlayış isə 20 dəqiqə sonra – hadisə yerinə təcili yardım xidmətləri və jurnalistlər gələn zaman eyni bölgədə baş verib. Ümumilikdə 29 nəfər ölüb, azı 49 nəfər yaralanıb.

Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

(Report)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00