A24 Xeber

Kadırov bu gecə baş tutacaq döyüşdə Zabit Səmədova dəstək oldu – FOTO

Kadırov bu gecə baş tutacaq döyüşdə Zabit Səmədova dəstək oldu – FOTO
78
30 May 2018 - 15:16

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədova növbəti görüşü ərəfəsində dəstək verib.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Kadırov “VKontakte” hesabında bu gün Rusiyanın paytaxtı Moskvada “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşacaq 34 yaşlı idmançıya uğurlar arzulayıb.

“Gecənin əsas döyüşünü əziz qardaşım, “Axmat” kikboksinq klubunun rəhbəri, dünya şöhrətli Zabit Səmədov keçirəcək. O, fransalı Freddi Kemayo ilə qarşılaşacaq. Döyüşün qalibi “King of Kings” versiyası üzrə Avropa çempionu titulunun sahibi olacaq. Bu döyüşü səbrsizliklə gözləyirik və inanırıq ki, Səmədov uzun qələbə seriyasını davam etdirəcək. Bunun üçün onda bütün peşəkar keyfiyyətlər var. Zabit təbiətən yenilməz döyüşçü ruhuna və möhkəm qələbə iradəsinə sahibdir. Əminəm ki, bütün azarkeşlər baxımlı döyüşə şahidlik edəcəklər. Zabit Səmədova rinqdə uğurlar və peşəkar karyerasında növbəti qələbəni qazanmasını arzulayıram”, – Kadırov yazıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək döyüşlər “Crocus City Hall”da “JARA Fight Show” idman layihəsi çərçivəsində baş tutacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00