A24 Xeber

Kadırov çeçen xalqının qanını tökən rus hərbçilərini məhv edirmiş – Gizlin plandan detallar

Kadırov çeçen xalqının qanını tökən rus hərbçilərini məhv edirmiş – Gizlin plandan detallar
837
21 İyun 2017 - 11:49

Sosial şəbəkədə çeçen əsilli bir istifadəçi Ramzan Kadırovun ölkədə həyata keçirdiyi gizli siyasəti haqda yazı paylaşıb.

“A24.az”ın məlumatına görə, yazıda bildirilir ki, bir vaxtlar əmr qulu olan rus hərbi qulluqçular indi bir-bir məhv edilir.

“Ötən həftə Çeçenistanda göstərdiyi şücaətləri ilə seçilən xüsusi təyinatlıların keçmiş döyüşçüsü küçədə gülələnib. Xüsusi coşqu ilə yerli əhalinin mühakiməsiz işgəncə və edamı həyata keçirilir. Kiminsə əli xüsusi təyinatlının göstərdiyi “qəhrəmanlıq”dan 15, hətta 20 ildən sonra ona tərəf uzanıb. Bu məqamda təcavüzkar və qatil polkovnik Budanovu xatırlamaq yerinə düşər, hansı ki, bir güllə ilə həyatına son qoyuldu. Sonradan aydın olub ki, “çeçenləri məhv edənlər” bir çox keçmiş hərbi xidmətçilərin qohumları, yaxınları və qonşularından onların haqqında məlumatlar toplamış və öyrənməyə başlamışlar. Bir müddətdən sonra öldürülən hərbçilərə məlum olur ki, onlar haqqında hər hansı bir qadın və ya adi çeçenlər deyil, Çeçen Respublikasının Araşdırma Mərkəzi maraqlanır. Hadisələrin bu cür cərəyan etməsi situasiyanı yeni səviyyəyə gətirir! Çox keçmir təşəbbüsün həcmi və səbəbi məlum olur. Belə ki, Çeçenistan Prokurorluğunun göndərdiyi sorğu yüzlərlə keçmiş rus hərbçilərinə qarşı idi.

“Nəyə görə? Biz sadəcə əmrləri icra edirdik! Günahımız nədir? Hətta anlamaq belə istəmirlər ki, hər hansı bir əmrin qarşısında heç bir şəxsi mövqe dayana bilməz. İndi onlar mühafizə olunmalarını istəyirlər”. Bundan sonra onlar 100 min illər sonra kimisə məhv edən cəsur xüsusi təyinatlılar (speçnazlar) kimi yaddaşlarda qalmayacaqlar. İndi onlar qurbanlardır! Bax, belə! Bu xoşagəlməz açıqlama bütün Rusiya millətçilərini silkələyib. Yayılan məlumatların yalan və ya həqiqət olub-olmamasını araşdırma üçün Rusiya Federasiyası Prosessual Cinayətlər Kodunun arxivinə sorğular göndərilib. Hərbi xidmətçilərin  şəxsi məlumatları da sorğu da yer alıb, adətən bu məlumatlar möhürlə bağlanır, lakin istintaq orqanlarının nümayəndələri bu məlumatları əldə etmək hüququna malikdir.

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00