Kadırov Fransadakı dəhşətli hadisəni şərh etdi: Çeçenistanda doğulsa da...

Kadırov Fransadakı dəhşətli hadisəni şərh etdi: Çeçenistanda doğulsa da…
Want create site? Find Free WordPress Themes and plugins.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Parisdə insanlara bıçaqla hücum edən şəxsin həqiqətən Çeçenistanda anadan olduğunu, lakin baxış və inanclarının, yetişdiyi Fransız cəmiyyətində formalaşdığını bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kadırov “Teleqram” sosial şəəkəsindən Paris təcavüzkarı ilə bağlı verdiyi bəyanatda, “Hamzat Əzimov həqiqətən 14 yaşında Rusiya pasportu alıb.

Amma bu pasport hazırda əsaslı deyil, çünki 20 yaşında yeni pasport almayıb” sözlərini bildirib.

Əzimovun malik olduğu fikirlərin məsuliyyətinin Fransız cəmiyyətə aid olduğunu bildirən Kadırov, “Bu adam Çeçenistanda yalnız anadan olub. Şəxsiyyətinin formalaşması, fikir və əqidələri Fransız cəmiyyətində formalaşıb”, – deyə bildirib.

Xatırladaq ki, kimliyi naməlum bir şəxs dünən axşam Fransanın paytaxtı Parisdə həyata keçirdiyi bıçaqlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Daha sonra həmin şəxsin 20 yaşında bir Çeçen olduğu bildirilib. Bıçaqla hücum edən şəxs təhlükəsizlik qüvvələri vurularaq öldürülüb.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar