A24 Xeber

Kadırov Qroznıda kilsədə baş verən hadisədən danışdı

Kadırov Qroznıda kilsədə baş verən hadisədən danışdı
30
19 May 2018 - 19:42

 Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda Arxangel Mixail kilsəsinə gələnləri girov götürmək istəyən dörd yaraqlı məhv edilib.

A24.Az Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib.

“Yaraqlılar Arxangel Mixail Kilsəsinə soxularaq orada olanları girov götürmək istəyiblər. Dərhal keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlının hamısı məhv edilib”, – o bildirib.

R.Kadırovun sözlərinə görə, aldığı güllə yarasında bir polis ölüb, kilsəyə ibadətə gələnlər arasında isə bir nəfər yaralanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00