A24 Xeber

Kadırovdan sərt çıxış: Tramp və Merkel bura gəlsə həbs edəcəyik

Kadırovdan sərt çıxış: Tramp və Merkel bura gəlsə həbs edəcəyik
68
24 Aprel 2018 - 15:07

Çeçenistanın lideri Ramazan Kadırov Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı sərt açıqlama verib.

“A24.az” xəbər verir ki, Kadırov ABŞ prezidenti Donald Tramp, Almaniyanın baş naziri Angela Merkel və digər Qərbli nümayəndələr Çeçenistana gələrsə həbs edəcəklərini deyib.

Rusiya xəbər agentliyi “Sputinik”in verdiyi məlumata görə, Kadırov açıqlaması zamanı bunları deyib:

“Tramp, Merkel və digərlərinə qarşı çoxdan sanksiya qoyduq. Əgər Çeçenistana gələrlərsə, onları dərhal tutub həbs edəcəyik. Burda bank hesabları ortaya çıxarsa, onları da dərhal bağladacağıq”.

Qeyd edək ki, Kanadanın Toronto şəhərində keçirilən G7 xarici işlər nazirlərinin konfransında Rusiyaya qarşı sanksiyaların artırılacağı bildirilib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00