Kafedəki partlayışa görə yüksək vəzifəli məmur İSTİNTAQA CƏLB EDİLDİ

Kafedəki partlayışa görə yüksək vəzifəli məmur İSTİNTAQA CƏLB EDİLDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Dünən Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş dəhşətli partlayışla bağlı vəzifəli şəxs tutulub.

A24.az-ın Lent.az-a istinadən məlumatına görə, 3 nəfərin ölümünə səbəb olan güclü partlayışın baş verdiyi çayxananın yerləşdiyi Azərtransservis ASC-nin sədri Haqverdiyev Eyyub Məmməd oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ASC Əhməd Rəcəbli küçəsi 304 ünvanında yerləşir və həmin çayxananın idarənin həyətində fəaliyyət göstərdiyi üzə çıxıb. Qaz sızmasından baş vermiş güclü partlayış nəticəsində orada olan 4 nəfərdən 2-si hadisə yerində, biri isə xəstəxanada vəfat edib. Digər yaralının vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi (səhlənkarlıq, 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar