Kağızdan möhkəm material hazırlandı - Maraqlı kəşf

Kağızdan möhkəm material hazırlandı – Maraqlı kəşf
Want create site? Find Free WordPress Themes and plugins.

İsveç Kral Texnologiya İnstitutu və ABŞ Kimya Cəmiyyətinin əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər.

“A24.az” bildirir ki, adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər. Belə ki, nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər və nəticədə hissəciklərin ölçüləri cüzi böyüdülüb.

Ekspertlər, həmçinin yeni materialın bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəm, hörümçək ipəyindən isə 8 dəfə daha sərt olduğunu müəyyən ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar