“KamAZ” dayanacağa çırpıldı – FOTO

“KamAZ” dayanacağa çırpıldı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az” “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov “KamAZ” markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb.

Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar