A24 Xeber

Kanada İraqda öz hərbi missiyasını uzada bilər

Kanada İraqda öz hərbi missiyasını uzada bilər
17
15 Sentyabr 2018 - 12:24

Kanadanın İraqdakı komandanı general Kolin Kiver bildirib ki, Ottava hərbi kontingentinin bu ölkədə qalma müddətini artıra bilər.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, generalın bu açıqlamasını The Canadian Press agentliyi yayıb. Generalın sözlərinə görə, İraq hökuməti İŞİD terror qrupunun son hücumundan sonra Kanadaya güvənini daha da artırıb və bizim dəstəyimizə yenə də ehtiyacı olacaq: “Kanadaya və beynəlxalq partnyorlara öz təhlükəsizlikləri üçün ümid bəsləyirlər.Xüsusilə də onların hərbi yardımlarına. Onlar etiraf edirlər ki, öz təhlükəsizliklərini təmin etmək işində daima onlara yardım lazımdır. Bu da İrqadakı stabilliyin və inkişafın əsas məsələsidir”, – deyə Kiver əlavə edib. General bildirib ki, İraqdakı Kanada hərbi gücünün qalma müddətinin artırılması təklifi 2019-ci ilin mart ayına qədərdir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00