Kanada Qran Prisi 2029-cu ilə qədər təqvimdə qalacaq

Kanada Qran Prisi 2029-cu ilə qədər təqvimdə qalacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Yarışın təşkilatçıları müqavilənin uzadılmasını çoxdan istəyirdilər. Lakin Berni Ekklstoun bunun üçün paddok, tibb mərkəzi və s. kimi məkanları yeniləməyi tələb edirdi. Əslində təşkilatçılar 2014-cü ildə yeni müqavilə bağlayarkən bu işləri 2017-ci ilə qədər yekunlaşdıracaqlarına söz vermişdilər.

A24.az F-1.az-a istinadən bildirir ki, 18 milyon dollarlıq xərc tələb edən yenidənqurma işləri hələ də aparılmayıb. Yarışın təşkilatçısı Fransua Dümontye müqavilənin uzadılması ilə bağlı açıqlama verib.

Fransua Dümontye: “Bir neçə aydır ki, FOM-la danışıqlar aparırıq. Artıq gələcəyə əminliklə baxa bilərik. Bizim müqaviləmiz 2024-cü ilə qədər nəzərdə tutulmuşdu, lakin onun müddətini 2029-cu ilə qədər artırdıq. Biz müqavilənin şərtlərini yerinə yetirməyə hazırıq. Formula1-in yeni rəhbərliyi ilə danışıqların nəticəsi müsbət alınıb. Onlara uyğunlaşmaq üçün bir qədər vaxt vermək lazımdır. Əvvəlki rəhbərlik yarışların təşkilatçıları ilə danışıqlara çox vaxt ayırmırdılar. Lakin belə görünür ki, Liberty Media bu sahədə də müsbət dəyişikliklər əldə etməyə çalışır.

Bizi qarşıda Kanada Qran Prisinin 50 illiyi, Jak Vilnövün çempion olmasının 20 illiyi gözləyir. Yarışın hələ uzun müddət Monrealda keçiriləcəyinə əminik. Ləns Strollun yarışması da bilet satışlarına müsbət təsir göstərib…”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar