"MuslimFest 2016” böyük marağa səbəb oldu

Kanadada qadağaya baxmayaraq, azan oxundu
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına əsasən, minarədən və ya səsucaldanlarla açıq sahədə azan oxunmasının qadağan edildiyi Kanadada, “MuslimFest 2016”da həftənin sonunda boyu azan səsləri ucaldı. Kanadada keçirilən XII “MuslimFest 2016” tədbirinə azan səsləri damğasını vurdu.

FOTO_9312746_290820160246360000_R_KSY_20160829000000_aa-picture-20160828-9312746

Toronto bölgəsindəki müsəlman şirkətlər və Avropa şirkətlərinin də iştirak etdiyi qeyri-hökumət təşkilatları tərəfindən birgə şəkildə təşkil edilən festival, həftənin sonunda həyata keçirildi.

Məscidlərin minarələrindən və səsucaldanlarla açıq sahədə azan oxunmasının qadağan edildiyi Kanadada, iki gün davam edən festivalda öylə, ikindi, axşam və yatsı azanları açıq sahədə oxundu.

Azanları oxuyan imam Bilal Gülməz dedi: “Məsciddə hər vaxtda azan oxuyuruq. Burada Quran da oxuyuruq. Amma bu dəfə qeyri-adi hisslər yaşadım. Oxuyarkən Rəbbimə, azanın sirrini bütün Kanada xalqına çatdırması üçün ürəyimdə dua etdim. İnşallah bir gün, bu bölgələrdəki məscidlərdə də açıq şəkildə azan oxunar”.

kanada-da-acik-alanda-ezan-sesi-8735910_x_3670_o

Şimali Amerikada təşkil edilən və ən böyük müsəlman festivalı olan “MuslimFest 2016”da, mehtər heyətinin çıxışları marağa səbəb oldu. Festivalda hər mədəniyyətdən qida, geyim və bəzək əşyaları satıldı, uşaqlar üçün əyləncə yerləri təşkil edildi. Festivalda Kanadada fəaliyyət göstərən müsəlman sənət adamları da çıxış etdilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar