A24 Xeber

Kanadalı kamançada Azərbaycan himnini ifa edib hamını heyran qoydu – VİDEO

Kanadalı kamançada Azərbaycan himnini ifa edib hamını heyran qoydu – VİDEO
76
25 İyun 2017 - 23:00

Kamançada Azərbaycanın himnini ifa edir. “Durnalar” mahnısını Azərbaycan dilində oxuyur.

8 ildir Azərbaycanda yaşayan 53 yaşlı kanadalı Kalin Makdonelin milli musiqimizə olan həvəsi görənləri heyrətləndirir… O, artıq fikirlərini də Azərbaycan dilində tam sərbəst ifadə etməyi bacarır…

A24.Az xəbərə verir ki, Kalinin Azərbaycan musiqinə marağının yaranmasının da maraqlı tarixçəsi var.

Özü məktəblərdən birində ingilis dili müəllimi olaraq çalışsa da, boş vaxtlarının çoxunu Azərbaycan mahnılarını kamançada ifa etmək və oxumaqla keçirir.

Kalin Makdonel Azərbaycanın xalq mahnısı olan “sarı gəlini” də elə ifa edir ki, heç də peşəkar kamança çalanların ifasından geri qalmır.

Onun Azərbaycan mahnıları ilə bağlı xüsusi planı da var. Kalinə kamançada mahnı ifa etməyi öyrədən Elnur Salahov kanadalı qadının milli musiqimizə olan böyük marağının qürurverici olduğunu deyir.

Kalin Azərbaycan dilində daha çox mahnı ifa etməyi öyrənəcəyini və gələcəkdə hansı ölkəyə getsə, milli musiqimizi orda tanıdacağını deyir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00