Kanadalı nazirdən Səudiyyə Ərəbistanına SƏRT CAVAB

Kanadalı nazirdən Səudiyyə Ərəbistanına SƏRT CAVAB
Want create site? Find Free WordPress Themes and plugins.

Kanada xarici işlər naziri Chrystia Freeland Səudiyyə Ərəbistanın Kanada səfirini deportasiya etməsindən dərin narahatlıq keçirdiklərini bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kanadlı nazir “Kanada qadın hüquqları və dünya miqyasında söz azadlığı da daxil olmaqla insan haqlarının qorunması üçün hər zaman ayağa qalxacaqdır” – deyə qeyd edib.

Freeland, Səudiyyə Ərəbistanı ilə ölkəsi arasında gərginləşən diplomatik münasibətlərə dair yazılı bəyanat verib. Nazir Freeland açıqlamasında bu ifadələri bildirib: “Səudiyyə Ərəbistanın Kanada səfirini deportasiya etməsindən dərin narahatlıq keçiririk. Səudiyyə Ərəbistanın Kanadanın, həbs olunan insan hüquqları müdafiəçilərini müdafiə etdiyi ifadələrinə qarşılıq olaraq Kanada Səfirini qovması barədə dərin narahatlıqlarımız var. Kanada, qadın hüquqları və dünya miqyasında söz azadlığı da daxil olmaqla insan haqlarının qorunması üçün hər zaman ayağa qalxacaqdır. Bu dəyərləri təşviq etməkdə tərəddüd etməyəcəyik və bu dialoqun beynəlxalq diplomatiya üçün kritik olduğuna inanırıq. Kanadanın Səudiyyə Ərəbistan səfirliyi, Ər-riyadda konsulluq xidmətləri də daxil olmaqla nizamlı əməliyyatlarına davam edir. Kanada, insan haqlarını müdafiə etməyə və dünyada bu təməl haqları müdafiə edən cəsur qadınlar və kişilər üçün işləməyə davam edəcəkdir”, – deyə Chrystia Freeland bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar