Karapetyan da təşvişə düşdü: Aksiyalar faciələrə səbəb olacaq...

Karapetyan da təşvişə düşdü: Aksiyalar faciələrə səbəb olacaq…
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanda artıq neçə gündür davam edən etiraz mitinqləri kütləvi hal aldığından ölkə prezidentinin çıxışdan sonra baş nazirinin birinci müavini Karen Karapetyan da aksiya iştirakçılarına səslənib.

A24.Az erməni mediasına istinadən xəbər verir ki, Karen Karapetyan çıxışı zamanı bildirib ki, bu cür mitinqlər kütləvi hal adığından sonda ağır faciələrə səbəb ola bilər.

“Daxildəki düşmənlərimiz özəl xidmətlər vasitəsilə “provokasiya” təşkil edə bilər. Biz hamımız, xüsusilə də qərar qəbul edənlər cəsarətli və qərarlı olmaqla yanaşı, həm də məsuliyyət hissinə sahib olmalıyıq. Mitinq iştirakçıları da başa düşməlidirlər ki, bütün bunlar faciəyə aparıb çıxara bilər. Bütün bunlardan sonra bir-birimizin üzünə və ya gözünü içinə necə baxa biləcəyik?”, – deyə K.Karapetyan əlavə edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar