A24 Xeber

Karapetyan Paşinyanla niyə görüşmədi: “Putinlə danışmışdı”

Karapetyan Paşinyanla niyə görüşmədi: “Putinlə danışmışdı”
59
27 Aprel 2018 - 23:48

Karen Karapetyan Nikol Paşinyan ilə danışıqlara gəlməyib.Söyləyib ki, kütləvi informasiya vasitələrinin və sadəcə Paşinyanın gündəmi ilə danışıqların perspektivi yoxdur.

A24.Az erməni mətbutına istinadən xəbər veri rki, bu haqda yerli KİV-in Nikol Paşinyanın Karen Karenpetyanla görüşün baş tutmama səbəbləri ilə bağlı yazılan analitik yazıda qeyd edilib.

Bildirilir ki, görüşün tarixi müəyyən edilməmişdən əvvəl Karen Karapetyana Putindən telefon zəngi gəlib. Həmçinin onunla eyni görüşdə olduğunu bildirmişdi. Bunlardan sonra isə onun (Karen Karapetyan nəzərdə tutulur) danışıqlara getməməsi özünə güvənin artdığını göstərir. Rusiya prezidentinin onu dəstəkləməsi Karen Karapetyanın hakimiyyətdə qalma ümidini artırıb. Karapetyanın fikrinə görə, danışıqlara getməsi onun məğlubiyyətinə gətirib çıxara bilər. Digər tərəfdən isə problem kifayət qədər diqqət çəkicidir. Bəlkə də Putin Putin həqiqətən də Respublika partiyasının hakimiyyətdə qalmasına qarşı deyildir. Əgər hakimiyyətinizi qoruya bilirsinizsə, buyurun hakimiyyətdə qalın deyə Putin bununla onlara mesaj vermiş olur.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00