Karateçimiz Sofiyada ikinci olub 

Karateçimiz Sofiyada ikinci olub
Want create site? Find Free WordPress Themes and plugins.
Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) Gənclər arasında ilk liqa turnirində iştirak edən Azərbaycan Milli Komandasının üzvlərindən Polina Hurenko (-59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub. 
 
A24.Az xəbər verir ki, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner, asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub.
Gümüş medalla yanaşı, ikiqat avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.
 
Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda, 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirakedib. 
Payızda Yeniyetrmələrin yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlıqları davam etdirəcəklər. 
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar