A24 Xeber

Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina etdi

Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina etdi
51
27 Aprel 2018 - 12:20

Ermənistan baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla görüşdən imtina edib.

“A24.az” TASS-a istinadən xəbər verir ki, bunu Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.

Qeyd edək ki, aprelin 27-də saat 12-də onların görüşü nəzərdə tutulmuşdu. Müxalifət görüşün KİV üçün açıq keçirilməsini istəyirdi.

Xatırladaq ki, aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında telefon danışığı olub. Danışıq zamanı Ermənistandakı siyasi böhranın həlli yolları müzakirə edilib və bildirilib ki, nizamlanma yalnız mövcud konstitusiya çərçivəsində, həmçinin 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələrinə əsasən baş verməlidir. Tərəflər həmçinin mayın 1-nə planlaşdırılan parlament tərəfindən respublikanın baş nazirinin seçilməsinə dair məsələni xüsusi vurğulayıblar.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00