A24 Xeber

Karen Karapetyan növbədənkənar seçkilərin keçirilməsi təklif etdi

Karen Karapetyan növbədənkənar seçkilərin keçirilməsi təklif etdi
22
25 Aprel 2018 - 11:21

Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

“A24.az”ın məlumatına görə, K.Karapetyan qeyd edib: “Biz növbədənkənar seçkilərin keçirilməsini təklif edirik. Əgər xalq Nikol Paşinyanı (etiraz aksiyalarının lideri) seçsə, o da olacaq. Xalqın namizədi seçkilərdə seçilir”.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00