Karuana Norveç superturnirinin qalibi olub

Karuana Norveç superturnirinin qalibi olub
Want create site? Find Free WordPress Themes and plugins.

Amerikalı qrossmeyster Fabiano Karuana Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə superturnirin qalibi olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, Karuana sonuncu turda həmyerlisi Uensli So üzərində qələbə qazanıb.

Rusiyalı şahmatçı Sergey Karyakin Vişvanatan Ananda uduzub, fransalı Maksim Vaşye-Laqrav norveçli Maqnus Karlsenlə, erməni Levon Aronyan isə amerikalı Hikaru Nakamura ilə heç-heçə edib.

Azərbaycanlı Şəhriyar Məmmədyarov cümə axşamı oynamayıb, çünki rəqibi Din Lijen zədə üzündə turniri tərk edib.

Karuana 5 xal toplayaraq turnir cədvəlində birinci yeri tutub. O, sözügedən superturnirdə qalib gələn ilk amerikalı olub.

İkinci yeri Karlsen, Nakamura və Anand (hərəyə 4,5 xal) tutub. Onların ardınca So, Aronyan (hər ikisi 4 xal), Məmmədyarov (3,5), Karyakin və Vaşye-Laqrav (3) qərarlaşıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar