A24 Xeber

Keçmiş ANS-çilər canlı yayımda dava etdi: “Sənə görə işdən çıxmışdım mən” – VİDEO

Keçmiş ANS-çilər canlı yayımda dava etdi: “Sənə görə işdən çıxmışdım mən” – VİDEO
85
02 İyun 2018 - 1:35

ATV-də yayımlanan “Maşın şou”da növbəti qalmaqal yaşanıb. 

A24.Az azxeber.com-a istinadən xəbər verir ki, şounun iştirakçıları keçmiş ANS-çilər Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında söz dueli yaşanıb.

Qalmaqal aktyor Cavidan Novruzla Aytən Səfərova arasında mübahisədən yaranıb.

Mətanət Cavidana “Aytən kimdir ki, ona görə əsəbiləşirsən?” fikrini səsləndirib və bu da efirdə yayımlanıb. Bu zaman Mətanət söz istəyib. O, bildirib ki,bura “Maşın şoudur. Mən burda əylənir, şpakat açıram: “Hətta mən ayağımı başıma da qaldırıram. Bu gimnastikanın bir növüdür. Gimnastikada Azərbaycanda ən yüksək inkişaf etmiş idman növüdür. Mən zarafatcıl insanam və bundan sonra da belə olacaq. Bəziləri kimi mıx kimi durub yerimdə qalmayacam.”

Aytən Səfərova isə Mətanətə cavabında bunları bildirib: “Sən məni yaxşı tanıyırsan. Sənin bu addımına görə səni müdafiə edib işdən getmişəm.”

Şounun aparıcısı Murad Dadaşov iştirakçılara iradını bildirib və şəxsi məsələlərini müzakirə etməyin düzgün olmadığını qeyd edib.

 

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00